Sosioloq: "Xəstəmizi həkimə aparmaq əvəzinə, dua yazana aparırıq"

GÜNDƏM 01 may 2025, 17:01
Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar. Bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb. Dua uşağın ayağında dəmrov olan hissəyə əks olunub.

Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlmasında deyib ki, cəhalətin bir forması yoxdur:

“Bəzən cəhalətin mənası yanlış anlaşılır. Ateistlər Allaha inananları cahil adlandırırlar. Bəzən də əksinə, Allaha inananlar ateistləri cahil adlandırırlar. Birincilər daha çox müşahidə olunur. Yəni, ateistlər Azərbaycanda da var belələri ümumiyyətlə, ibadət edənləri, ibadət məkanlarına gedənləri cahil insanlar adlandırırlar. Bunun yanaşmanın özü cahillikdir. Cəhalətin bir nümunəsi elə budur: xəstəmizi həkimə aparmaq əvəzinə, dua yazana aparırıq. Bəli, bu cəhalətdir, cahillikdir, nadanlıqdır,  geridə qalmışlıqdır. Bəs, niyə görə bəzi insanlar bunu edirlər? Cavab aydındır çünki onların təhsili yoxdur. Bir yerdə ki, təhsil bərbad gündədir, belə halların çox şahidi olacağıq. Yəni, Allah, Tanrı özü həyatda qaydalar qoyub. Heç bir sağlam dində yazılmayıb ki, sənin xəstən varsa, onu həkimə yox, dua yazana apar, dua yazsın sağalacaq. Heç bir sağlam dini düşüncə bunu demir. Əgər bir adam din adına, inanc adına, Allah adına belə yanaşırsa, bunun özü cəhalətdir, cahillikdir. Din elmə, biliyə, təhsilə, inkişafa önəm verir. Elmi, inkişafı dəstəkləməyən sağlam din deyil, o cəhalətdir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top