Tapılan qızlar sığınacağa yerləşdirildi

SOSİAL 27 aprel 2025, 13:12
Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 yeniyetmə qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Demokrat.az 
xəbər verir ki, bu barədə APA-ya açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Qeyd edilib ki, polis əməkdaşlarının iştirakı ilə dünən 2 yeniyetmə təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə sığınacağa qəbul olunub: "Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hazırda vəziyyətləri orta stabildir, psixoloji gərginlikləri var".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top