Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb — FAKTİKİ HAVA

SOSİAL 27 aprel 2025, 11:30
Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən, bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.

Demokrat.az  xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top