Avropada LPG-nin ən ucuz və ən baha satıldığı ölkələr — Tam siyahı

DÜNYA 27 aprel 2025, 21:58
Avropa ölkələri arasında LPG-nin (maye qaz) ən ucuz satıldığı ölkə Ermənistan olub.

Yeniavaz.com
 məşhur “Autotraveler” portalının açıqladığı məlumata istinadən xəbər verir ki, Ermənistanda LPG-nin 1 litrinin orta qiyməti 0,32 avro (142 dram) təşkil edib.

Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Böyük Britaniya hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,16 avroya (0,99 funt-sterlinq) satılıb.

Avropa ölkələri arasında 2-ci sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə (0,33 avro) bərabərdir.
Avropada LPG-nin Azərbaycan ilə eyni qiymətə olduğu ölkə Rusiyadır.

Aşağıdakı siyahıda Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib:

Ermənistan – 0,32 avro
Azərbaycan – 0,33 avro
Rusiya – 0,33 avro
Belarus – 0,37 avro
Gürcüstan – 0,54 avro
Albaniya – 0,58 avro
Türkiyə – 0,62 avro
Bolqarıstan – 0,64 avro
Lüksemburq – 0,65 avro
Polşa – 0,69 avro
Bosniya və Herseqovina – 0,70 avro
Rumıniya – 0,70 avro
Çexiya – 0,71 avro
Xorvatiya – 0,71 avro
Şimali Makedoniya – 0,72 avro
Belçika – 0,72 avro
Moldova – 0,73 avro
İtaliya – 0,73 avro
Ukrayna – 0,74 avro
Monteneqro – 0,75 avro
Slovakiya – 0,80 avro
İsveç – 0,82 avro
Sloveniya – 0,86 avro
Litva – 0,89 avro
Estoniya – 0,90 avro
Latviya – 0,90 avro
Serbiya – 0,91 avro
Macarıstan – 0,92 avro
Yunanıstan – 0,94 avro
İspaniya – 0,95 avro
İsveçrə – 0,97 avro
Portuqaliya – 0,97 avro
Fransa – 0,98 avro
İrlandiya – 1,00 avro
Almaniya – 1,05 avro
Niderland – 1,08 avro
Avstriya – 1,11 avro
Norveç – 1,14 avro
Böyük Britaniya – 1,16 avro

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top