Avropa ölkələri arasında LPG-nin (maye qaz) ən ucuz satıldığı ölkə Ermənistan olub.
Yeniavaz.comməşhur “Autotraveler” portalının açıqladığı məlumata istinadən xəbər verir ki, Ermənistanda LPG-nin 1 litrinin orta qiyməti 0,32 avro (142 dram) təşkil edib.
Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Böyük Britaniya hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,16 avroya (0,99 funt-sterlinq) satılıb.
Avropa ölkələri arasında 2-ci sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə (0,33 avro) bərabərdir. Avropada LPG-nin Azərbaycan ilə eyni qiymətə olduğu ölkə Rusiyadır.
Aşağıdakı siyahıda Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib:
Ermənistan – 0,32 avro Azərbaycan – 0,33 avro Rusiya – 0,33 avro Belarus – 0,37 avro Gürcüstan – 0,54 avro Albaniya – 0,58 avro Türkiyə – 0,62 avro Bolqarıstan – 0,64 avro Lüksemburq – 0,65 avro Polşa – 0,69 avro Bosniya və Herseqovina – 0,70 avro Rumıniya – 0,70 avro Çexiya – 0,71 avro Xorvatiya – 0,71 avro Şimali Makedoniya – 0,72 avro Belçika – 0,72 avro Moldova – 0,73 avro İtaliya – 0,73 avro Ukrayna – 0,74 avro Monteneqro – 0,75 avro Slovakiya – 0,80 avro İsveç – 0,82 avro Sloveniya – 0,86 avro Litva – 0,89 avro Estoniya – 0,90 avro Latviya – 0,90 avro Serbiya – 0,91 avro Macarıstan – 0,92 avro Yunanıstan – 0,94 avro İspaniya – 0,95 avro İsveçrə – 0,97 avro Portuqaliya – 0,97 avro Fransa – 0,98 avro İrlandiya – 1,00 avro Almaniya – 1,05 avro Niderland – 1,08 avro Avstriya – 1,11 avro Norveç – 1,14 avro Böyük Britaniya – 1,16 avro


