Bir çox mağazada yumurtaların üzərində istehsal tarixi qeyd olunsa da, onların son istifadə tarixi adətən yazılmır. Hətta elə hallar da olur ki, ümumiyyətlə heç bir tarix məlumatı olmur.
Belə vəziyyətdə alıcılar məhsulun təzə və ya köhnə olduğunu necə müəyyən edə bilər?
Demokrat.az milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, kənd təsərrüfatı məhsulu olan sarı yumurtaların üzərində tarix göstərilmir, çünki onlar ev şəraitində istehsal olunur. Amma ağ rəngli yumurtalarda istehsal tarixi yazılır və onların təxminən bir aylıq saxlanma müddəti olur.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirir ki, yumurtanın qabığının altındakı hava boşluğu çox kiçikdirsə və ya ümumiyyətlə yoxdursa, bu onun təzə olduğuna işarədir. Onun sözlərinə görə, qaynadılmış yumurtanın sarısı göyümtül rəng alırsa, bu artıq onun köhnə olduğunu göstərir.
Ekspert həmçinin qeyd edir ki, yumurtaların üzərində həm istehsal, həm də son istifadə tarixləri mütləq şəkildə qeyd edilməlidir. Soyuq şəraitdə saxlandıqda isə onların yararlılıq müddəti bir aya qədər uzana bilər.
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, beynəlxalq sənədlərdə qeyd olunur ki yumurta məhsulunun üzərində istehsal tarixi və 28 gün etibarlılıq tarixi öz əksini tapmalıdır. Həmin qaydaların 5.49-cu bəndinə əsasən satışa yararlılıq müddəti müəyyən olunmuş malları istehsalçıya ondan təyinatı üzrə istifadə edə biləcəyi müddəti nəzərə alaraq verməyə borcludur.