“28 Mall”a giriş bağlandı

SOSİAL 27 aprel 2025, 12:12
“28 Mall” Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Demokrat.az  xəbər verir ki, bu barədə Ticarət Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, texniki səbəblərə görə “28 Mall” Ticarət Mərkəzində işıqlar sönüb:

“Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.

Bütün komandamız problemin ən qısa zamanda həll edilməsi üçün çalışır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top