Ağdamda 32 ildən sonra İLK— Ən müasir SƏRNİŞİN QATARI görüntüləndi (VİDEO)

GÜNDƏM 26 aprel 2025, 18:42
32 ildən sonra Ağdamda ilk sərnişin qatarı görünüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən layihələndirmə və tikinti işlərinə başlanılan Bərdə-Ağdam dəmiryol xəttinin yoxlanılması məqsədilə qatarla sınaq gedişi həyata keçirilib.

Kadrlardan da görünür ki, illər sonra işğaldan azad olunan Ağdama gedən ilk dəmiryol nəqliyyat vasitəsi ölkəyə yeni gətirilən FLIRT sərnişin qatarıdır.

Sözügedən sınağın videosunu təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top