
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra evlərinə girmək istəməyən bəzi vətəndaşlar bu gecə də parklarda gecələyiblər.
“Qafqazinfo” bu barədə “Habertürk”ə istinadən xəbər verir.
Bəzi vətəndaşlar Zeytinburnu, Bahçelievler ərazilərindəki parklarda qurduqları çadırlarda, bəziləri maşınlarında yatmağa üstünlük verib.
Vətəndaşların isinmək üçün ocaq yandırdığı, uşaqların parklarda oynadığı da görüntülərə əks olunub.
Qeyd edək ki, İstanbulda baş verən güclü zəlzələdən sonra sakinlər gecəni parklarında qurulan çadırlarda keçirməyə başlayıblar.



