"Ermənistandan İrana qarşı platforma kimi istifadə edirlər" — ŞƏRH

DÜNYA 25 aprel 2025, 18:40
“Qərb İrana qarşı Ermənistan platformasından istifadə edir. Təbii ki, hazırda İrana qarşı aktiv hərbi əməliyyatlar, hərbi addımlar atılmır. Ermənistandan faktiki olaraq İranın daha çox kəşfiyyət məlumatlarının toplanması kimi istifadə edilir”.

Bunu siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib.

O əlavə edib ki, hazırda İran və Amerika arasında nüvə danışıqları gedir:

“Paralel şəkildə həm də hərbi müdaxilə ssenarisinə də hazırlıq gedir. İsrail və Amerika İranı bütövlükdə mühasirəyə alıblar. Bəzən İrandan platforma kimi Azərbaycana qarşı ittihamlar qaldırılsa da, bu, heç vaxt öz əksini tapmadı. Azərbaycan heç vaxt belə bir platforma olmayıb,  bundan sonra da olmayacaq. Amma proseslər və hadisənin inkişafı göstərir ki, Ermənistandan İrana qarşı platforma kimi istifadə edirlər”.

A.Nərimanlı bildirib ki, Aİ-nin Müşahidə Missiyası  Zəngəzur bölgəsində fəaliyyət göstərir:

“Yəni, adı Azərbaycan Ermənistan sərhədində olsa da, bu sərhədlə yanaşı onlar İran Ermənistan sərhədində də onlar müşahidələr aparırlar. Kəşfiyyat məlumatları toplayırlar. Aİ-nin Müşahidə Missiyasının tərkibində xüsusən, keçmiş hərbiçilər, kəşfiyyatçılar daxildir.  Onlar Azərbaycan Ermənistan sərhədində stabilliyi qorumaq adı altında yerləşiblər. Onların əsas hədəflərindən biri də İrandan məlumat toplamaqdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 aprel 2025, 19:06
Top