
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində dəniz qırağında çadırda yaşayan Səbinə Seyfullayeva həyat hekayəsini danışıb.
Demokrat.az xəbər verir ki, 28 yaşlı xanım uşaq olarkən atası həyatına son qoyub, daha sonra isə anası onu uşaq evinə ataraq 2-ci dəfə ailə qurub.
15 yaşında ikən anası tərəfindən nişanlandırıldığını deyən Səbinənin sözlərinə görə, atalığının vəfatından sonra anası onun nişanlısı ilə evlənib. Daha sonra Səbinəni evdən qovub. Gənc qadın həmçinin narkotikdən istifadə etdiyini, lakin zamanla özünü sağaltdığını söyləyib. O, yaxınlarından, xüsusilə də anasından şikayətçi olduğunu bildirib.
Səbinə Seyfullayeva anasının Zaurun "Bizimləsən" verilişinə çıxdığını da qeyd edib.
Daha ətraflı videoda: