Gəncədə xəsarət alan məktəbli Bakıya gətirildi

KRİMİNAL 25 aprel 2025, 11:47
Gəncə şəhərində xəsarət alan məktəbli Bakıdakı xəstəxanaların birinə köçürülüb.

Demokrat.az-ın məlumatına görə, aprelin 22-də Gəncə şəhərindəki məktəblərin birində baş verən insident zamanı xəsarət alan şagird F.Quliyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, Yeni Gəncə yaşayış massivində yerləşən Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında insident olub. F.Quliyev mübahisə zəminində xəsarət alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top