Türkiyədə güclü zəlzələ olacaq — Seysmoloqdan PROQNOZ

DÜNYA 24 aprel 2025, 13:07
Türkiyəli seysmoloq Ahmet Ercan bildirib ki, dünən İstanbulda baş verən zəlzələ, yaxın zamanda 7–7,2 bal gücündə daha böyük yeraltı təkanların xəbərçisi ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə türkiyəli seysmoloq RIA Novosti-yə verdiyi müsahibədə bildirib. 

"Çərşənbə günü baş verən zəlzələ, Trakiya bölgəsində gözlənilən 7–7,2 bal gücündə zəlzələyə bir xəbərdarlıq və ya bir növ hazırlıq məşqidir",-deyə Ahmet Ercan əlavə edib.

Ekspertin sözlərinə görə, gələcəkdə baş verəcək zəlzələnin episentri eyni ərazidə, 7–13 km dərinlikdə olacaq və təkanların gücü indiki zəlzələdən 22 dəfə artıq hiss olunacaq: "Bu güclü zəlzələ 2045–2075-ci illər arasında baş verə bilər".

Qeyd edək ki, dünən İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib./BAKU.WS

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top