"İrəvanda Azərbaycan və Türkiyə bayrağının yandırılması Ermənistandan gələn növbəti təxribatdır. Təxribat ümumən sülh prosesinə qarşı çevrilib. Bu, istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlərin normallaşması baxımından yol veriləcək hal deyil. Bütün bunlar Ermənistanın bütünlüklə sülhə hazır olmadığını göstərir. Sazişin imzalanması üçün təkcə dövlətin sülhə hazır olması yetərli deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Sülh sazişinin imzalanması üçün ilk öncə dövlət və onunla bərabər cəmiyyət də sülhə hazır olmalıdır. Azərbaycanın sülh strategiyası uzun müddətli sülh sazişi üzərində qurulub. Ermənistan hakimiyyəti hansısa geosiyasi maraqlar çərçivəsində saziş imzalayacaq və cəmiyyət bunu istəməyəcəksə, imzalanan sazişin ömrü uzun ola bilməz. Paşinyan hakimiyyəti özü kimi cəmiyyəti də sülhə hazır vəziyyətə gətirməlidir. İrəvanda bayraqlarımız yandırılırsa, xalq sülh istəmir. Bu da onu deməyə əsas verir ki, sülh sazişi imzalansa belə, erməni cəmiyyəti və onun məhsulu olan siyasi dairələr sülhə hazır deyillər".
Qeyd edək ki, dünən İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb.
Əfsanə Kamal
Demokrat.az