"Prezidentin Çinə səfəri Avropa Birliyinə önəmli mesajdır" — ŞƏRH

GÜNDƏM 24 aprel 2025, 16:22
"Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində xüsusi rol oynayır. Hər iki ölkənin maraqları münasibətlərin yüksək həddə çatdırılmasını tələb edir. Strateji tərəfdaşlıq artıq rəsmiyyət qazanıb. Azərbaycanın coğrafi mövqeyi və geopolitik iradə sahibi olması Çinin Cənubi Qafqaza yönəlik siyasətində xüsusi rol oynayır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq bildirib ki, Çin Avropaya yeni marşrutlar qazanmaq niyyətindədir:

"Buna görə də Azərbaycan Çin üçün strateji tranzit məkanı hesab oluna bilər. Hər iki tərəf siyasi, iqtisadi münasibətlərin inkişafında da maraqlıdır. Azərbaycan mallarının Çinə və ya əksinə daşınması maraqlarımıza uyğundur. Çin çox önəmli hərbi sənaye kompleksinə malik dövlətdir. Azərbaycanın güclü ordu quruculuğunda, döyüş qabiliyyətinin yüsəldilməsində, ən müasir hər texnika ilə təmin olunmasında Çinin xüsusi rolu ola bilər. Bütün bunlar o deməkdir ki, münasibətlər arasında yeni mərhələ başlayır, Azərbaycanın iqtisadi inkişaf perspektivlərinin önü açılır".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çinə səfəri xüsusilə Avropa Birliyinə (AB) önəmli mesajdır:

"Çünki AB və bəzi qurumları Azərbaycana qarşı hər zaman qərəzli mövqe tutublar. Rəsmi Bakı Qərbə göstərdi ki, Azərbaycanın alternativ tərəfdaşlıq imkanları mövcuddur. Çin bu imkanlarda xüsusi rol oynayır. Çin həm Şnxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in önəmli dövlətlərindədir. Azərbaycanda hər iki birlikdə təmsil olunmaq istədiyini bəyan edib. Azərbaycam Çin kimi ölkələrlə münasibətləri möhkəmləndirməklə qlobal məkanda da möhkəmlənir. Prezidentin Çinə səfəri olduqca məhsuldardır və bütün sahələr üzrə inkişaf perspektivləri açır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top