Kiyev raketlərlə vuruldu: Ölənlər və xəsarət alanlar var

DÜNYA 24 aprel 2025, 09:37
Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.

AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinini verdiyi məlumata görə, aprelin 24-ə keçən gecə Kiyevə edilən dron və ballistik raket hücumları nəticəsində paytaxtın bir neçə ərazisində mülki infrastruktura ziyan dəyib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin açıqladığı məlumata görə, hava hücumu nəticəsində 9 nəfər həlak olub, 63 nəfər xəsarət alıb, 6-sı uşaq olmaqla 42 nəfər xəstəxanaya yerləşdirilib.

Yaşayış binalarına ziyan dəyib, dağıntılar altında olan insanların axtarışı davam edir.

Hadisənin nəticələrinin aradan qaldırılması paytaxtın 5 rayonunda davam edir. Fövqəladə Hallar Dövlət Xidmətinin psixoloqları və kinoloqları ərazidə iş aparırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 aprel 2025, 12:29
Top