Mədət Quliyevin işi bu xanıma həvalə edildi — FOTO

İDMAN 24 aprel 2025, 12:05
Xəbər verdiyimiz kimi,  Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib. Maraqlıdır, bəs Mədət Quliyevi kim evəz edəcək? 

Manset.az-ın əldə etdiyi məlumata görə, Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir. 

Elnarə Musayeva faktı Manset.az-a təsdiqləyib:

"Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir".

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top