AFB Bank, rəqəmsal bankçılıq sahəsində təcrübəsi və uğurlu nailiyyətləri ilə tanınan Şeyxaliyeva Ləmanı Rəqəmsal Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edib.
Ləman Şeyxaliyeva bank sektorundakı fəaliyyətinə 2012-ci ildə Unibankda başlayaraq, rəqəmsal sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, müştəri təcrübəsinin inkişafı və innovativ rəqəmsal məhsulların hazırlanması istiqamətində geniş təcrübəyə malikdir.
2019–2024-cü illərdə ABB Bankda Rəqəmsal Kanallar sahəsində məhsul rəhbəri olaraq, müştəri yönümlü layihələrin uğurla həyata keçirilməsinə rəhbərlik etmişdir. Onun bu sahədə qazandığı təcrübə və bacarıqları AFB Bankın rəqəmsal transformasiyasına yeni bir nəfəs gətirəcək.
AFB Bank olaraq, Ləman Şeyxaliyevaya yeni vəzifəsində uğurlar arzulayır və onun rəhbərliyi altında rəqəmsal bankçılıq sahəsində müştərilərə daha innovativ və effektiv həllər təqdim ediləcəyinə inanırıq.