Politoloq: “Prezidentin Çinə səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”

SİYASƏT 23 aprel 2025, 16:54
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Bu səfər hər iki ölkə üçün nə vəd edir?

Politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Çin arasında olan münasibətlər yüksələn xətt üzrə inkişaf edir:

“Müstəqilliyimizi bərpa etdikdən sonra Çin ilə Azərbaycan arasında siyasi, iqtisadi,  humanitar, mədəni sahədə olan münasibətlər yeni dövrə qədəm qoyub. Xüsusilə Azərbaycanın yerləşdiyi mühüm geostrateji bölgə Çinin də maraq dairəsindədir. Çin Mərkəzi Asiyada avtomobil yollarının, dəmir yollarının, köpülərin,  tunellərin çəkilişində fəal iştirak edir. 

Xəzər Dənizi vasitəsi ilə Şərq ilə Qərb arasında olan bağlantıların formalaşmasında iştirak edir. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə səfəri münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq. Çünki həm normativ hüquqi bazanın genişləndirilməsi,  həm də siyasi-iqtisadi sahədə məsləhətləşmələrin olması iki tərəfli və çox tərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəkdir”.
  
Politoloq deyib ki, 2023-cü ildə hər iki dövlət arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb:

“Hazırda bu Bəyannamə münasibətlərin göstəricisini də ifadə edir. Zəngəzur Dəhlizi, Orta Dəhliz, Şimal- Cənub Nəqliyyat Dəhlizi,  Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı və yeni bağlantıların formalaşması ölkəmizin gücünə güc qatacaqdır. İqtisadi fəallıq daha da sitimullaşacaq. Bu əməkdaşlıq eyni zamanda dövlətlərin və xalqların rifahına xidmət edəcəkdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 20:27
Top