Əməkdar artisti Vahid Əliyevin son durumu AÇIQLANDI

ŞOU-BİZNES 22 aprel 2025, 15:40

"Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Əməkdar artisti Vahid Əliyevin səhhəti həkimlər tərəfindən orta-ağır, stabil olaraq qiymətləndirilir".

Bu barədə Oxu.Az-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

Onun sözlərinə görə, teatrın rəhbərliyi aktyorun ailəsi ilə daim əlaqə saxlayır və vəziyyəti ilə maraqlanır:

"Bilirsiniz ki, Vahid müəllim bir müddətdir, səhhəti ilə bağlı müalicəsini xəstəxana şəraitində davam etdirir. Mütəmadi olaraq teatr rəhbərliyi tərəfindən aktyorun vəziyyəti diqqətə saxlanılır. Bu gün də Gənc Tamaşaçılar Teatrının direktor müavini, Vahid müəllimin sənət dostları, aktyorlar ona xəstəxanada baş çəkərək səhhəti ilə maraqlanıblar".

S.Əşrəf əlavə edib ki, hazırda müalicəsi davam etdirilən aktyor həkimlərin göstərdiyi diqqətdən razıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top