Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi" sərgisinin açılışı olub.
Demokrat.az xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, nazir müavini Murad Hüseynov, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Qulbara Kadırbekova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və digər qonaqlar iştirak ediblər.
Sərgidə “Ənənəvi sənətkarlıq sərgisi”, “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında”, “Xalça və qurama sərgisi” ayrı-ayrı stendlərdə qonaqlara nümayiş etdirilib.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Qulbara Kadırbekova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətindən danışıblar.
Onlar iki ölkənin mədəni əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini vurğulayıblar.
Çıxışların ardınca stendlərə baxış keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqlara sərgi barədə ətraflı məlumat veriblər.
Tədbirin yekununda “Zümrüd Mirzəliyeva” brendinin moda nümayişi olub. (Report)