Bakının tıxac problemi həll olur? —AÇIQLAMA

GÜNDƏM 18 aprel 2025, 16:13
Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. Artan avtomobil sayı, bəzi yerlərdə yol infrastrukturunun çatışmazlığı və dar yollar bu problem yaradan səbəblərdəndir.

Bu problemlərin həlli üçün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” da təsdiq edilib. 

Nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu, o demək deyil, bu 5 il müddətində tıxac problemi tam aradan qalxacaq:

“Tıxac probleminin maksimal ömrünün 5 il olduğunu da deyə bilmərik. Şəhər böyüyürsə, infrastruktur dəyişirsə, yenilənirsə, yeni binalar varsa, şəhərə axın varsa, bu da öz növbəsində problemlərə də yol aça bilir. Bugünkü gündə bizim əsas işimiz ondan ibarətdir ki, nəqliyyat vasitələrinin hərəkətinin doğru-dürüst təşkil edilməsi, sərnişin daşımanın mükəmməl təşkil edilməsi, xüsusən vətəndaşların a nöqtəsindən, b nöqtəsinə gedişinin rahat, tıxacsız həllinə nail olmaq. Demək olar ki, bu prosesdə əsas mahiyyət etibarilə şəhərin mərkəzi küçələrin əhatə edən avtobus zolaqlarının çəkilməsi idi. Burada da müəyyən problemlər yaşanmaqda davam edir. Amma digər bir məsələ isə infrastrukturun qurulması və bu qurulmaya uyğun olaraq ümumi infrastrukturun bölmələr arasında əhatəliyin təmin edilməsi idi. Digər bir məsələ isə avtobuslarla hərəkəti təmin etməkdir. Yəni, bunlar hamısı qarşılıqlı razılaşma asılı olaraq hərəkət edə bilirlər”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top