" Azərbaycan daim dilə gətirir ki, biz..." — ŞƏRH

GÜNDƏM 17 aprel 2025, 16:14
Tbilisidə Gürcüstan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşü keçirilir. Bu görüş Cənubi Qafqaza nə vəd edir?

Siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki, söhbət çox önəmli bir görüşdən gedir:

“Üç Cənubi Qafqaz ölkəsinin dialoq tapması və bu Cənubi Qafqazda problemi həll etmək baxışına dayanır. Bununla yanaşı əməkdaşlığın yeni formalarını tapmaq olar. Antalya Diplomatiya Forumundan dərhal sonra bunun meydana çıxması vacib idi. Bu arada çox səsləndirilən “Qafqaz evi” ideyası var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda qeyd etdi ki, əslində, Qafqazda Ermənistanın dağıdıcı siyasəti olmasa “Qafqaz evi”ni yaratmaq mümkündür. Yəni gedişat onu göstərir ki, Prezidentin o ideyasına yönəlik Gürcüstan dərhal addımlar atır. Biz buna o istiqamətlə baxa bilərik, amma başqa önəmli bir məsələ də var. Azərbaycan da bunun aparıcı tezisini daim dilə gətirir biz sülh müqaviləsi bağlayacağıqsa, bu  regiondakı məntəqə və mərkəzlərdə daha uyğun olur.Biz bu istiqaməti həmişə müdafiə etmişik. Bütün halda bu görüşü müsbət qiymətləndirə bilərik”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top