Xidmət rəisi: Xudavəng monastırındakı artefaktlar işğal dövründə çıxarılıb, divarlarındakı freskalar oğurlanıb

MƏDƏNİYYƏT 17 aprel 2025, 11:07
Xudavəng monastırındakı artefaktlar işğal dövründə çıxarılıb, divarlarındakı freskalar oğurlanıb. 

Demokrat.az  xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Xudavəng monastırı ilə bağlı araşdırmalar aparılıb, arxeoloji məlumatların öyrənilib:

“Bu məşhur kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır”.

Xidmət rəisi həmçinin azad olunan ərazilərdə işğal zamanı mədəni irsə vurulan zərbələrdən də danışıb: 

"Təəssüf ki, ən qədim insan məskənlərindən biri sayılan Azıx mağarası Ermənistan işğalı zamanı silah anbarı kimi istifadə olunub. Ağdam şəhəri elə bir hala salınıb ki, biz oranı “Azərbaycanın Hiroşiması” adlandıra bilərik. Füzulidə, demək olar ki, yararlı vəziyyətdə qalan tikili yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top