London "Arsenal"ə "Real Madrid"i iki matçın ümumi nəticəsinə görə 5:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Demokrat.az xəbər verir ki, İngiltərə komandası tarixində üçüncü, 2008/09 mövsümündən sonra isə ilk dəfə qitənin ən nüfuzlu turnirinin bu mərhələsində çıxış edəcək.
Məlumatı "TNT Sports" yayıb.
Həmin vaxt Arsen Vengerin rəhbərlik etdiyi "topçular" yarımfinalda "Mançester Yunayted"ə uduzub (0:1, 1:3).
Londonlular Çempionlar Liqasının finalında sonuncu dəfə 2006-cı ildə - "Barselona"ya məğlub olanda (1:2) oynayıblar. “Arsenal” PSJ-ni, kataloniyalılar isə “İnter”i məğlub etsə, bu mövsüm 2006-cı ilin təkrarı baş verə bilər. (Fanat.az)