"Hazırda Qərb Gürcüstanda zəifləsə də, Ermənistanda güclənir" — ŞƏRH

GÜNDƏM 16 aprel 2025, 13:11
Xəbər verdiyimiz kimi, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana səfər edib.

Bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, bu səfər iki ölkə arasında olan münasibətləri daha yaxşı səviyyəyə qaldıracaq:

“Təbii ki, iki ölkə arasında hər hansısa problem yoxdur. Xüsusən Gürcüstanda baş verən proseslər Bakı və Tbilisi arasında  regionun gələcəyi ilə bağlı məsələlər müzakirə ola bilər. Qərb həmişə Gürcüstandan platforma kimi istifadə edirdi. Artıq bu məsələ sıradan çıxarılıb. Hər iki ölkə başçısı regiona kənar müdaxilələrin olmaması ilə bağlı mövzular müzakirə edəcəklər. Bununla yanaşı əsas məsələ sülh sazişinin imzalamasıdır. Gürcüstan da bu məsələdə maraqlıdır. Gürcüstan həm də  ev sahibliyi etmək istəyir. Hazırda Qərb  Gürcüstanda zəifləsə də, Ermənistanda güclənir. Bu da region öz təsirini göstərir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top