Hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülür — VİDEO

SOSİAL 16 aprel 2025, 11:41
Polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top