Əhaliyə ŞAD XƏBƏR — Bu şəxslər də pensiya ALA BİLƏCƏK

SOSİAL 16 aprel 2025, 15:31
“Azərbaycanda 2016-cı ildə pensiya qanunvericiliyinə dəqiqləşdirilmələr edildikdən sonra ölkədə fərdi pensiya uçotu formalaşıb. Bu o deməkdir ki, vətəndaşın pensiyası onun işlədiyi dövrdə pensiya fonduna ödədiyi pensiya haqlarının məbləği ilə formalaşır”.

Bu sözləri Bizim.Media-ya pensiya hüquqları ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

O, diqqətə çatdırıb ki, bir növ vətəndaş öz pensiyasını özü təyin edir:

“Yəni onun qazancı və bu qazancdan pensiya fonduna ödəmələri ilə təyin edilir.  Azərbaycanda qanunvericiliyə görə kişilər 65, qadınlar isə 64 yaşından pensiya alır və 2027-ci ildən qadınlarda da yaş həddi 65-ə çatdırılacaq. Burada pensiya hüququnun formalaşması üçün  iki cür prinsip müəyyənləşib. Birincisi minimum pensiya kapitalı formalaşdırmaq, ikincisi isə 25 il iş sığortasına malik olmaqdır. Yəni bu ikisindən biri yerinə yetirildikdə vətəndaşın pensiya hüququ  formalaşır”, - deyə ekspert qeyd edib.

Bəs sözügedən şərtlərə uyğun gəlməyən insanlar pensiya hüququ əldə edə bilməyəcək?

İqtisadçı-ekspert bildirib ki, hökumət 2026-cı ilə qədər istisnasız bütün vətəndaşlara 25 illik sığorta stajı hədiyyə edib:

“Bu o deməkdir ki, 2026-cı ilə qədər bir gün də sığorta stajı olmayan vətəndaşların da pensiya hüququ formalaşacaq. Bundan başqa 2026-cı ildə proses yekunlaşmır. Ancaq hər il sığorta stajı bir il azalacaq. Bu vətəndaşları işləməyə, pensiya hüququna dəstək verməyə çağırır.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top