“Horadiz-Arazdəyən dəmir yolu xəttini qarşılıqlı şəkildə açmağı təklif edirik”

XARİCİ SİYASƏT 16 aprel 2025, 16:50
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın təklif etdiyi regional kommunikasiya xəritəsi çərçivəsində konkret texniki və diplomatik təkliflərlə çıxış etdiklərini bildirib.

Demokrat.az Ordu.az-a istinadən xəbər verir ki, Paşinyan bu gün jurnalistlərə açıqlamasında Ermənistanın qondarma “Sülh qovşağı” təşəbbüsünə dair rəsmi yazılı mövqeyini çoxdan təqdim etdiyini bildirib.

“Heç bir yumşalma haqqında söhbət gedə bilməz, çünki biz öz mövqeyimizi “Sülh qovşağı” layihəsində çoxdan yazılı şəkildə təqdim etmişik. Bu da onun üçündür ki, müxtəlif yozmalar olmasın. Bu layihə çərçivəsində işlər başlanılıb və davam etdiriləcək”, - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan yazılı şəkildə təklif göndərsə də, qarşı tərəfdən hələlik yazılı cavab almayıb: “Hələ ki, yazılı cavab almadıq. Fərqli şərhlər var, amma hesab edirəm ki, bu prosesi düzgün anlamaq vacibdir.”

Paşinyan, xüsusilə Horadiz-Arazdəyən (Yerasx) dəmir yolu xəttinin qarşılıqlı əsasda açılmasına hazır olduqlarını vurğulayıb.

“Biz bu mərhələdə təklif edirik ki, dəmir yolu bağlantısını xüsusilə Horadiz-Arazdəyən xətti üzərində açaq. Həm Azərbaycandan Azərbaycan istiqamətinə Ermənistan ərazisindən keçməklə, həm də Ermənistandan Ermənistan istiqamətinə Azərbaycan ərazisindən keçməklə yüklərin daşınması həyata keçirilsin”, -deyə o qeyd edib.

O, həmçinin ictimai dəstəyi əsaslandırmaq üçün əlavə edib: “Biz deyəndə ki, bu həll yollarına hazırıq, özümüzdən də soruşuruq: bəs bizim ictimaiyyət buna necə yanaşacaq? Əgər bu etimadla danışırıqsa, deməli, müəyyən qədər əminik ki, bizim ictimaiyyət – o cümlədən Mehri və Sünikdə yaşayan vətəndaşlarımız – bu həll yolunu normal kompromis kimi qəbul edəcək”.

Ermənistanın təqdim etdiyi bu çərçivə bəyanatı ilk baxışda açıq və qarşılıqlı əməkdaşlıq ruhunda olsa da, analitiklər hesab edir ki, Ermənistan bu təşəbbüsləri reallaşdırmaqda əməldə ardıcıl və səmimi addımlar atmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top