"Əlilliyi olan şəxslərin əl işlərinin internetdə satışına görə vergi tutulmaması Milli Məclisdə qəbul edilib və cənab Prezident tərəfindən təsdiq olunub. Bu da onu göstərir ki, Azərbaycan sosial ölkədir. Dövlət büdcəsindən olan ayırmalarda da bu açıq şəkildə görünür. Sosial ölkə olaraq hər zaman bir çox sahədə dövlətin bu cür qərarlar verməsi vətəndaşı məmnun edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli deyib.
Deputat bildirib ki, xüsusi qayğıya ehtiyacı olan, sosial durumu yaxşı olmayan şəxslərə güzəştlər tətbiq edilir:
"Dəyişkiliyə əsasən əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi onları çətinlikdən azad edir, özünüməşğulluq fəaliyyətlərini dəstəkləyir. Onların əl işlərinin satışının həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq ki, bu sahədə görüləcək işlər sadələşsin, dövlətin verdiyi alətlərə əlçatanlıq asan olsun. Son dövrlərdə ölkə başçımızın uğurlu daxili siyasəti nəticəsində hər bir problem zamanla öz həllini tapır, xalqın dövlətə inamını artırır".
Qeyd edək ki, bu qərarlar Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Əfsanə Kamal
Demokrat.az