“Təhminə”yə ağır itki

ŞOU-BİZNES 15 aprel 2025, 10:17
Türkiyəli aktrisa, “Təhminə” filmində baş rolu canlandıran Meral Konrata ağır itki üz verib. Belə ki, aktrisanın anası dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə “medianews.az”a açıqlamasında aktirsa özü bildirib:

“Anam müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Deyim ki, konkret hansısa xəstəliyi var idi, bu, yalan olar. Yaşlı qadın idi. Yaşı çox idi. 98 yaşına qədər yaşadı. Ananın yaşı olmur ki. İtkisi çox ağırdır. Üzrlü sayın, danışa bilmirəm. Çox pis vəziyyətdəyəm (ağlayır)” deyə aktrisa çətinliklə də olsa bildirib.

Qeyd edək ki, aktrisanın anası Konya Karamanda yaşayırdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top