Xoşqədəm Hidayətqızı Əlikram Bayramovun Rusiyadan arvadlarını tapdı

ŞOU-BİZNES 14 aprel 2025, 19:44
Müğənni Əlikram Bayramovla aparıcı Xoşqədəm Hidayətqızının “Günaydın Azərbaycan” verilişindəki dialoqu sosial şəbəkələrdə gündəm olub.

Demokrat.az pravda.az-a istinadən xəbər verir ki, X.Hidayətqızı Əlikramın “mənə Rusiyadan çox arvad tapıb gətirmisən” etirafından sonra bütün arxvi açıb-töküb.

Xoşqədəm Hidayətqızının “Uşaqların gəlmişdi. Mənə yalvarırdın ki, efirə çıxarma. Birini 2013-cü ildə Moskvadan gətirmişdim. Əlikram gəlib mənə yalvardı ki, Xoşqədəm, nə olar, evimdə söz-söhbət düşəcək. Əməkdaşlarımızdan xahiş edirəm, “Səni axtarıram”ın 15 illiyində Moskvadakı Yuliyanı gətirin” sözlərinə isə Əlikram belə deyib: “Heç nədən qorxmuram, kişi qorxaq olmaz. Xoşqədəm tapmamış uşaqları gətirim, çünki o, dərinə gedəcək”.

Efirdə qonaq olan Əlikram Bayramovun oğlu isə onların söhbətinə “Mən narahat deyiləm, hər şeyi adıma keçirmişəm, atamın adına bircə maşın qalıb. Maşını nə edim? Şükür Allaha, maşınım da var” reaksiyasını verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top