Azərbaycanın tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT göndərilib. Müraciətdə deyilir:
“Cənab Prezident!
“Xural” Media Yayınları Qrupunun rəhbəri Əvəz Zeynallı 2022-ci ilin sentyabrında həbs olunub. Həbsdə olduğu müddətdə onun səhhətində ciddi problemlər yaranıb. Təxminən il yarım əvvəl gözündə ciddi əməliyyat aparılıb. Digər gözündə əməliyyat aparılmasına həbsxanada olduğu üçün həkimlər etiraz ediblər. Bu günlərdə isə, müayinə olunduğu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində ona bədxassəli xərçəng diaqnozu qoyulub: «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» . Bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasıdır.
Cənab Prezident!
Yaranmış situasiyada Əvəz Zeynallının səhhəti ilə bağlı qoyulmuş diaqnozun kifayət qədər ciddiliyini, həyatının təhlükədə olmasını, yetərincə peşəkar müayinə və müalicəyə ehtiyac yarandığını , bu proseslərinin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyünü diqqətinizə çatdırmaq istəyirik. Əvəz Zeynallının səhhətinin kifayət qədər ciddi təhlükə altında olmasını, onun müsbət reputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qətimkan tədbirinin dəyişdirilməsini və azadlığa buraxılmasına göstəriş vermənizi Sizdən xahiş edirik. Əvəz Zeynallı bütün şüurlu ömrünü Azərbaycana, onun dəyərlərinə, Azərbaycan xalqının maarifləndirilməsinə sərf edib. Azərbaycanda fəaliyyət göstərdiyi 30 il müdfətində hər zaman Azərbaycan dövlətinin maraqlarına xidmət edib, dövlətin təməlinə zərər vuran ünsürlərlə mübarizə aparıb.
Cənab Prezident!
Əvəz Zeynallının 2 qızı var. Onlardan biri Danimarkanın Aarhus universitetinin jurnalistika fakultəsini bitirmək üzrədir. Türkiyə Təhsil Nazirliyi növbəti tədris ilində Londonda təhsil alması üçün ona şans tanıyıb. İkinci qızı isə İstanbul Universitetinin Tibb fakultəsinin bu il məzunu olacaq. Cənab prezidenti! Siz, Azərbaycana rəhbərlik etdiyiniz dövrdə dəfələrlə humanistlik göstərərək, minlərlə məhkumu əfv etmisiniz, insanlara növbəti şans tanımısınız! İnanırıq ki, Əvəz Zeynallının həbsdən azad edilməsi və müalicəsinin lazımi səviyyədə aparılması üçün müstəsna səlahiyyətlərinizdən istifadə edərək, onun azadlığa buraxılması ilə bağlı lazımi göstərişi verəcəksiniz. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk.
Novella Cəfəroğlu – Hüququ müdafiəçisi Səadət Bənənyarlı – Hüquq müdafiəçisi Arzu Abdullayeva – Hüquq müdafiəçisi Səidə Qocamanlı – Hüquq müdafiəçisi Dilarə Əfəndiyeva – Hüquq müdafiəçisi Hilal Məmmədov – Hüquq müdafiəçisi Fikrət Cəfərli – Hüququ müdafiəçisi Vüqar Məmmədov -“Hürriyyət” Media Qrupunun rəhbəri Mehman Əliyev – jurnalist Zaur Qəriboğlu – “Reaksiya” Media Qrupunun rəhbəri Rauf Arifoğlu –“ Yeni Müsavat” MQ-nun rəhbəri Sevil Nuriyeva – media nümayəndəsi Azər Həsrət – Hüquq müdafiəçisi, Əməkdar jurnalist Elçin Zahiroğlu – jurnalist İkram Rəhimov – jurnalist Ceyhun Musayev – jurnalist Ləman Ələşrəfqızı – Əməkdar jurnalist, LAF TV internet kanalının həmtəsisçisi Şirin Cəfəri – “Gündəm Xəbər” MQ-nun rəhbəri Nəsimi Şərəfxanlı – “Cümhüriyyət” MQ-nun rəhbəri Zülfüqar Savaş – Savashmedia.az xəbər portalının rəhbəri Murad Köhnəqala – yazıçı, jurnalist Aygün Muradxanlı – Prime TV youtube kanalının həmtəsisçisi Şahin Nəcəfov – Prime TV youtube kanalının həmtəsisçisi Kamran Həsənli – aparıcı jurnalist Rüstəm Behrudi – Şair Niyaz Niftiyev – Tarixçi, jurnalist Elxan Şükürlü – jurnalist Fadil Paşayev – Konkret az saytının rəhbəri Bəhram İsmayıl – ABP sədri Pənah Hüseyn – Azərbaycan Xalq Partiyasının sədri Mirmahmud Mirəli oğlu – Klassik Xalq Cəbhəsi Partiyasının sədri Fərəc Quliyev – Milli Demokrat Hərəkatı Partiyasının sədri İqbal Ağazadə – Ümid Partiyasının sədri Qorxmaz İbrahimli – MHB rəhbəri Başxanım Abbasova – Şəhid Teymur Abbasovun anası Səbirə Mahmudova – veteran jurnalist Elçin Həsənzadə – Hüquq müdafiəçisi İlqar Hüseynli – “Xural” Media Qrupunun əməkdaşı