Qusar rayonunda 2006-cı il təvəllüdlü Tural yetkinlik yaşına çatmayan Vüsalə (adlar şərti verilib – red.) ilə intim münasibətdə olmaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qusar rayon sakini Turasl 16 yaşına çatmadığı ona bəlli olan 2010-cu il təvəllüdlü Vüsaləni 21 avqust 2024-cü ildə, səhər saatlarında yaşadığı Qusar rayonunun kəndində yerləşən evinə aparıb.
Tural həmin gün saat 13 radələrində Vüsalənin razılığı ilə ona qarşı seksual hərəkətlər edib və bu hərəkətləri ilə cinsi ehtirasını təmin edib.
İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, “İnstagram” sosial şəbəkəsi vasitəsilə Vüsalə ilə tanış olub, bir müddət onunla telefon vasitəsi ilə danışıb: “Tanış olduqdan 2 ay keçdikdən sonra səhər saat 6-ya işləmiş həmin şəxslə görüşdüm. Əvvəlcə stadiona tərəf getdi və orada saat 8-ə kimi gözlədik. Sonra taksi ilə yaşadığım evə getdik. Həmin vaxt dostum Vüsal da yanımız da olub. Evdə olarkən Vüsalə ilə söhbət etdik, həmçinin sevişdik. Mən evdə olduğumuz vaxt Vüsalənin 14 yaşı olduğunu və 9-cu sinifdə oxuduğunu bilirdim. Mən ona qarşı seksual hərəkətlər etmişəm. Ona qarşı zor tətbiq etməmişəm, sevişməyimiz könüllü olub. Hadisədən sonra Vüsalənin valideynləri ilə barışmağa cəhd etmişəm. Lakin onlar barışmayıblar. Hazırda əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, Tural ilə “İnstagram” sosial şəbəkəsində tanış olub: “Həmin vaxt öz yaşımı Turala bildirmişəm. Hadisə Turalın bildirdiyi kimi olub. O, mənə həmin söylədiyi formada hərəkətlər edib. Həmin gün səhərə yaxın evdən çıxaraq Turalla görüşmüşəm. Taksi ilə onun evinə getmişəm. Taksidə olarkən mən başımı aşağı salmaqla əyləşmişəm”.
İş üzrə izahat verən yetkinlik yaşına çatmayan zərərçəkmişin anasının sözlərinə görə, qızı Vüsalə hazırlıq kurslarına gedərək gəlib və onun gecə saatlarında evdən çıxması halları olmayıb: “21 avqust 2024-cü ildə, səhər tezdən oyanaraq qızımın evdə olmadığını gördüm və Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Günorta saatlarında qızım evə qayıtdı və Turalın evində baş vermiş münasibətləri mənə danışdı. Turalla barışıq yoxdur. Aradan xeyli vaxt keçəndən sonra Turalın anası zəng edib. Mən də telefonda onunla nə danışacağımı bilməmişəm və görüşməli olduğumuzu demişəm. Turalın anası başqalarının vasitəsi ilə mənə telefon nömrəsi göndərib ki, onunla danışım, mən isə danışmamışam”.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az