"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "həkimlərin etik davranış qaydalarının təsdiq edilməsi haqqında" əmrində qeyd edilir ki, həkimlər özlərini reklam edə bilməz və əməliyyat zamanı çəkiliş yalnız elmi tədqiqat məqsədi tam sanitar qaydalara riayət edilməklə aparıla bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəkil Emil Aslanov deyib.
"İcra hakimiyyəti orqanı sayılan Səhiyyə Nazirliyi bunları həkimə qadağan edibsə, bu hal artıq "reklam haqqında" qanunun tələblərinin pozulması kimi dəyərləndiriləcək. İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti icazə vermirsə, müalicə, profilaktika, diaqnostika və hər hansı halın reklam edilməsi məsuliyyət yaradır.
Belə olan halda vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə edilə bilər".
Əfsanə Kamal
Demokrat.az