"İranla Ermənistan arasında hərbi təlimlər təkcə Azərbaycana qarşı deyil"

GÜNDƏM 14 aprel 2025, 18:32
İran Ermənistanla birlikdə Azərbaycan sərhədi yaxınlığında üç günlük genişmiqyaslı hərbi təlim keçirdi. "Long War Journal"ın məlumatında bu təlimlərin Azərbaycana qarşı yönəldiyi əks olunub.

Qeyd olunub ki, hərbi təlimlərin keçirildiyi Norduz adlı ərazi Naxçıvan, Ermənistan və İranın kəsişməsində yerləşir.


İranın məqsədi nədir?

Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə  Demokrat.az-a açıqlama verib.

“Göründüyü kimi İranın məqsədi bəllidir. Məqsəd Zəngəzur dəhlizinin açılmasına imkan verməməkdir. Bir növ Azərbaycana qarşı əzələ nümayiş etdirməkdir.  Bu da bir çox dövlətlər, mərkəzlər tərəfindən məhz Azərbaycana qarşı yönəlmiş bir növ hərbi təxribatdır. Guya Azərbaycan hücum edəcəksə İran və Ermənistan bu məsələdə birlikdə çıxış edəcək. Məqsəd bundan ibarətdir. Çünki Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasını daim israrla tələb edir”.

Poltoloq qeyd edib ki, İranla Ermənistan arasında hərbi təlimlər təkcə Azərbaycana qarşı deyil:

“Bu həmçinin Türkiyəyə də qarşı yönəlikdir. Çünki Türkiyə də bu yolun açılmasında maraqlıdır. İran istəyir ki, tamamilə hər şey öz nəzarəti altında olsun. İranın bu mövqeyi əlbəttə ki, müsbət nəticələnməyəcək. Sadəcə olaraq, Ermənistan hakimiyyəti siyasi iradə nümayiş etdirməlidir. Ermənistan İranın bu təxribatlarına getməməli, Zəngəzur dəhlizini açmalıdır. Əvvəl-axır Zəngəzur dəhlizi açılacaq. İranın bu kimi təxribatları onun qonşu ölkələrə qarşı, xüsusilə Azərbaycan və
Türkiyə qarşı düşmənçiyin təzahürüdür”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top