Azərbaycanda əhalinin neçə faizi taksidən istifadə edir?

SOSİAL 14 aprel 2025, 15:22
Azərbaycanda fəaliyyət göstərən "Maxim" taksi sifarişi xidməti əhalinin taksi səfərlərinin tezliyi və xərcləri ilə bağlı araşdırma aparıb.

Demokrat.az xəbər verir ki, xidmətin mütəxəssisləri, ən azı, ayda bir dəfə taksi sifariş edən istifadəçilərin davranışını araşdırıblar.

Alınan məlumatlara görə, istifadəçilərin 54%-i ayda bir dəfədən çox olmayaraq taksi sifariş edir, 41% xidmətdən həftədə bir-iki dəfə faydalanır, 4% həftədə altı dəfəyədək taksiyə minir, 0,3% isə hər gün taksi çağırır.

Tarif seçərkən istifadəçilərin böyük bir hissəsi (96,6%) "Ekonom"a üstünlük verir. "Komfort" tarifini 0,3% sərnişin seçir.

O ki qaldı xərclərə, istifadəçilərin 83,3%-i taksiyə ayda 15 manatadək sərf edir. 14,7% taksiyə 15-50 manat arası, 1,3% 50-80 manat arası xərcləyir. 0,7% sərnişin ayda taksiyə 80 manatdan çox pul ayırır.  

Araşdırma göstərib ki, Azərbaycanda sərnişinlər daha çox ekonom avtomobillər sifariş edirlər və bu xidmətə nisbətən az pul xərcləməyə üstünlük verirlər.

Bununla yanaşı, əhalinin çoxu nadir halda taksi xidmətindən istifadə edirlər - ayda bir dəfə və ya daha az.

Mütəxəssislərin qənaətincə, taksi avtomobillərinin texniki xüsusiyyətlərinə və zahiri görünüşünə olan tələblərin sərtləşdirilməsi ilə bağlı proqnozlaşdırılan qiymət artımı bu trendin güclənməsinə təkan verəcək.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top