“Uçan taksi“nin sürücüsü ilk dəfə DANIŞDI

GÜNDƏM 14 aprel 2025, 08:42
Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

 Taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o, narkoloji testdən keçib:

 "Məni sadəcə qıcolma tutdu, dilim qatlandı, bərk qaza basdım".

 O, guya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib:

 "Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir".

 Qeyd edək ki, iki gün əvvəl Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin sürücüsü idarəetməni itirərək arakəsməni yararaq, Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Ford"a dəyib, uçaraq yolun o biri tərəfinə düşüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top