"Sizcə, Bayden gecə saat 2-də müsahibə verərdi?" — Tramp

DÜNYA 14 aprel 2025, 00:16
ABŞ prezidenti Donald Tramp öz iş cədvəlini və mətbuatla ünsiyyət tərzini sələfi Co Baydenlə müqayisə edib.

"Unikal" xəbər verir ki, Tramp bunu Floridaya uçan prezident təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Ağ Evin rəhbəri vurğulayıb ki, Baydendən fərqli olaraq o, həmişə əlçatandır.

"Sizcə, Bayden gecə saat 2-də müsahibə verərdi?" – deyə Tramp jurnalistlərə bildirib.

O əlavə edib ki, sabiq prezident hətta səhər saat doqquzda da media nümayəndələri ilə əlaqə saxlamayacaqdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top