Şuşa, Xankəndi və Xocalıda ilk buraxılış imtahanı

SOSİAL 13 aprel 2025, 11:16
13 aprel 2025-ci il tarixində işğaldan azad olunmuş Şuşa, Xankəndi və Xocalı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə olaraq buraxılış imtahanı keçirilir.

Demokrat.az xəbər verir ki, işğaldan azad olunmuş təhsil bərpa olunan Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda
 
- Xankəndi şəhəri 4 N-li tam orta məktəb- 49 şagird
- Xocalı şəhəri 1 N-li tam orta məktəb – 6 şagird
- Şuşa şəhəri 1 N-li tam orta məktəb- 14 şagird buraxılış imtahanında iştirak edir.

İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunmub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edəcək.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olur. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 aprel 2025, 15:31
Top