Orduda aparılan islahatların məqsədi — Komitə sədri AÇIQLADI

HƏRBİ 12 aprel 2025, 18:43

Azərbaycanda hərbi sahədə çox ciddi islahatlar aparılıb və aparılmaqdadır.  Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən islahatların mühüm istiqamətlərindən biri də ordu quruculuğudur:

"Parlalel olaraq ölkəyə qarşı təhdidlərin qarşısının alınması, dövlət və dövlətçiliyin, suverenliyin qorunması istiqamətində istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də lokal antiterror əməliyyatları zamanı bir daha biz Azərbaycan Ordusunun nəyə qadir olduğunu dünyaya göstərə bildik. Və düyanın aparıcı orduları sırasına daxil olduq. Cənab Prezident İlham Əliyevin də məhz çıxışlarında dəfələrlə Ordu quruculuğundan, müasir standartlara uyğun olan suda, quruda, havada döyüş əməliyyatlarını həyata keçirə biləcək Ordunun yaradılmasından bəhs edib. Burada daha ciddi addımların atılması, həm NATO, həm də Türkiyə modelinə uyğun Ordunun qurulmasından, hərbi sənaye kompleksindən də, xüsusi təyinatlılardan və digər istiqamətlərdən də söhbət gedir. Birmənalı şəkildə sərhədlərin qorunmasından başlayaraq, daxildəki bütün proseslərə həm Ordunun, həm də digər birləşmələrin nəzarəti ən mühüm məsələdir. İslahatlar çərçivəsində çağırışçıların yaş həddi, eyni zamanda təhsil məsələləri Ordunun komplektləşdirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir. Bundan sonra ehtiyatda olanların təlimlərinin keçirilməsi, Orduda müxtəlif döyüş birləşmələrinin müasir texnika və texnologiyadan istifadə etmək üçün milli kadr potensialının daha ciddi hazırlanması ən mühüm məsələlərdir. İslahatlar gedib və gedəcək. Komplektləşdirmə işində könüllülərə, daha doğrusu, müddətdən artıq xidmət keçmək istəyən şəxslərə olan münasibət, onların Orduya cəlb edilməsi mühüm məsələdir".

Komitə sədri vurğulayıb ki, əsas məqsəd və məram döyüşkən, eyni zamanda müasir silahla təchiz olunmuş, taktika və texnologiyadan istifadə edən ordunun formalaşdırılmasıdır:

"Bu istiqamətdə də ciddi addımları atılır. Səfərbərlik Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, bütün bu prosesdə iştirak edən hərbi birləşmələr öz istiqamətinə uyğun yüksək səviyyədə iş görməkdədir. Azərbaycan xalqı başa düşür ki, vətənimizin qorunması və daha da inkişafı üçün mükəmməl Orduya ehtiyac daim var. Bunun sübutunu 44 günlük Vətən müharibəsində, lokal antiterror əməliyyatları zamanı gördük. Sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə müharibələr gedir, təhdidlər var. Beynəlxalq hüququn normaları demək olar ki, işləmir, burada əsas prinsip gücdür. Güclü olan dövlətin iqtisadiyyatı da inkişaf edir, paralel olaraq iqtisadiyyatı güclü olan dövlətin də güclü ordusu olur. Bunlar çox prinsipial məsələlərdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top