Artıq ikinci gündür ki, Tavusda istehkamçılar ərazidə aşkar edilmiş sursatları partlatmaq üçün iş aparırlar.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “MediaHub” nəşri yazıb.
Nəşr qeyd edib ki, Tavus sakinləri partlayışlardan təşvişə düşməyiblər.
Açarkut sakini Karen Qazaryan “MediaHub”a açıqlamasında vurğulayıb ki, sərhədin demarkasiyası çərçivəsində Ermənistan növbəti güzəştlərə hazırlaşır.

“Mən şəxsən qoşunların cəmləşməsini görmüşəm. Sərhəddə xeyli hərbçi toplanıb. Tank və artilleriya bölmələrinin də aktiv hərəkəti ilə bağlı şayiələr var. Ötən gündən etibarən İcevanın tərkibinə daxil olan Azatamut-Kayanavan-Ayqehovit kəndlərində sərhəddən çıxarılan minaların partladılması istiqamətində iş aparılır. Güzəştlər üçün demək olar ki, hər şey edilib, Yuxarı Əskipara təhvil veriləcək. Əskiparanı təhvil verməklə, Lori vilayəti sərhədə çevriləcək, Açarkut kəndi üç tərəfdən mühasirəyə alınacaq”, - deyə o bildirib.
Qazaryan qeyd edib ki, Ermənistan tərəfi Barxudarlı və Sofulu kəndlərini də verəcək, bundan sonra Kayanavan, Ayqehovit və Vazaşen kəndləri vilayət mərkəzi İcevanla nəqliyyat əlaqəsini itirəcək.