Dövlət İmtahan Mərkəzinin (DİM) Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib ki, Bəzi abituriyentlər imtahanlarda onlara təqdim olunan sual kitabçalarına qeyd əvəzinə “hörmət edəcəm” yazırlar.
Bununla bağlı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlama verib.
O deyib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanların təşkili, keçirilməsi, təhlükəsizliyin və şəffaflığın təmini baxımından ildən-ilə öz işini daha da gücləndirir:
“Çox təəssüf ki, bu kimi halların hələ də şahidi oluruq. Dünya təcrübəsindən, beynəlxalq imtahan və qiymətləndirmə şirkətlərinin təcrübələrinin tətbiqindən istifadə etməklə yenilikləri bizdə də həyata keçirilir. Bu yeniliklərin tətbiqi zamanı ən xırda detallara belə fikir verilir. Hətta elə nüanslar var ki, onlar imtahan sonrası prosesdə üzə çıxarılır və yenidən yoxlanılır. Belə olan halda biz imtahana yaxşı hazırlaşmaq əvəzinə, təəssüf ki, qeyri-loyal məsələlər haqqında düşünürük. Amma məsələnin bir tərəfi də var- bunu edən şəxslər hazırda məktəbli şagirdlərdirlər. Onların bu addımına qeyri-şəffaflıq, qanuna zidd prizması ilə yanaşı, həm də sadəlövhlük hadisəsi kimi yanaşmalıyıq.Yəni məsələnin mahiyyətində qayda pozuntusu ilə yanaşı, sanki uşaq sadəlövlüyü var. Yəni, açıq tipli sualın cavabı üçün ayrılmış hissəyə telefon nömrəsini yazmaq, adını qeyd etmək ümidin, gümanın, ehtimalın hansı dərəcəsi, hansı səviyyəsidir demək şəxsən mənim üçün çətindir. İnsan bunu etməklə nəyə ümid edir? Deyək ki, o DİM-in markerlərlə bağlı ciddi audit və konfidensiallıq qaydalarının təşkilindən, sərt nəzarət mexanizmindən, ağır peşəkarlıq tələblərindən xəbərsizdir. Bəs, hansı ümid hissi ilə yerləşdirdiyi nömrənin bir işə yarayacağını düşünür?”
Ekspert əlavə edib ki, belə halların abituriyentə fayda verməsinin heç bir ehtimalı yoxdur:

“Onlara sadəcə, boşuna nəyəsə ümid etmək qalacaq. Ondansa, hazırlıqlarını yüksək səviyyədə aparıb, öz beyinlərinə güvənsinlər. Sırf bu məsələ ilə bağlı DİM tərəfindən edilən cəzalandırma mexanizmi də düşünürəm ki ədalətlidir. Yəni, bu cür hallar yaşandıqda yalnız həmin sualla bağlı qiymətləndirmə avtomatik sıfır olur. İmtahan prosesinin digər detallarına, yaxud ümumiyyətlə ləğvinə gedib-çıxılmır. Bu, həm də çox sərt bir cəza olardı. Sadəcə, şagirdlər daha mütəşəkkil qaydada bilgiləndirilməli, yalnız nəzarətçinin imtahandan bir neçə dəqiqə əvvəl dedikləri ilə qane olmamalıdırlar. Belə məsələlər imtahandan bir neçə həftə əvvəl məktəb daxilində şagirdlərə deyilməlidir”.
Leyla Turan
Demokrat.az