Son günlər dünya iqtisadiyyatının əsas gündəmi ABŞ-nin xarici ticarət siyasətindəki dəyişikliklər, xüsusilə də tarif siyasətidir. Vaşinqton bir tərəfdən bəzi ölkələrə qarşı tətbiq etdiyi rüsumlarda güzəştlərə gedir, digər tərəfdən isə Çinə qarşı daha sərt xətt yürütməkdə davam edir.
Politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Donald Tramp birinci prezidentliyi dövründə də Çinə qarşı iqtisadi müharibəyə başlamışdı və hazırda da bu proses davam etməkdədir:
“Tramp üçün bir iqtisadçı kimi öz ölkəsinin maraqlarının təmin olunması önəmli əhəmiyyət kəsb edir və dünya iqtisadiyyatında artan Çin gücü ABŞ-nı narahat edir. Əvvəlki dövrdə əgər Çin ucuz işçi qüvvəsi sayəsində malların və məhsulların istehsalında fəal iştirak edərək ABŞ-da daxil olmaqla dünyanın önəmli şirkətlərini özünə cəlb etmişdisə, zaman ötəndən sonra Çin qlobal iqtisadiyyatda önəmli yer almağa başladı. Bu da ABŞ-nın iqtisadi gücünü və nüfuzunu sarsıdırdı. Ona görə də dollar siyasətinin yaratdığı üstünlüklər və qlobal ticarətdə ABŞ üstün mövqe nəticəsində müxtəlif rüsumlar və tariflər tətbiq etməyə başladı. Hazırda elə bir vəziyyət yaranıb ki, ABŞ-nın özü də Çinlə qlobal rəqabətin aparılmasını istəmir. Çünki bu, ABŞ iqtisadiyyatına da böyük zərbələr vurur. Lakin buna baxmayaraq, bu gərginliyin Tramp tərəfindən davam etdirilməsinin şahidiyik”.
O əlavə edib ki, Çin də daxil olmaqla dünyanın bir sıra dövlətlərinə qarşı ABŞ-nın bu cür sərt iqtisadi siyasəti mövcuddur:
“Hesab edirəm ki, bu rüsum müharibəsi, tarif gərginlikləri heç bir nəticəyə gətirib çıxartmasa da dövlətlər arasında rəqabəti gücləndirəcəkdir. Bu da özünü siyasi, hərbi və o cümlədən texnoloji sahədə göstərir. Çünki dövlətlər xarici bazarlardan öz ehtiyaclarını təmin etmək üçün malların alınmasının qarşısına alır. Bu da dünya bazarında yeni texnologiyaların, yeni informasiya-komunikasiya sahəsində yanaşmaların, süni intelektin inkişafının daha da genişlənməsinə gətirib çıxaracaqdır”.
Leyla Turan
Demokrat.az