"Torpaqlarımız azad edildikdən sonra ermənilərin viran qoyduğu bütün ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Səfərlərimiz zamanı bunun şahidi olmuşuq. Hər gedəndə görülən işlərin həcminə, əhatəsinə heyrətlənməmək mümkün deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
"İnsanların qayıdışı üçün kompleks işlər aparılır. Ərazilər minalar və partlamamış hərbi sursatlardan təmizlənir. Eyni zamanda da müasir yaşayış kompleksləri salınır, şəhərlər, kəndlər, qəsəbələr bərpa olunur, insanların rahat yaşaması üçün infrastruktur layihələr həyata keçirilir. Məktəblər, xəstəxanalar, poliklinikalar, uşaq bağçaları tikilir, istehsal və xidmət sahələri yaradılır, nəqliyyat-kommunikasiya layihələri icra olunur. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətlə dirçəlir, əhalinin dayanıqlı məskunlaşma prosesi aparılır".
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə xüsusi diqqətidir:
"Bilirik ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışla bağlı xüsusi proqram qəbul edilib və bu proses 2030-cu ilədək beş Milli Prioritetdən biri kimi müəyyən olunub. 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev bu Qərargaha rəhbərlik edir.Bütün bunlar göstərir ki, qəbul olunan proqram qrafikə və plana uyğun icra olunur. Demək olar ki, işğaldan azad olunmuş bütün rayonlara qayıdış həyata keçirilir və əhali orada məskunlaşır. İndi Qarabağ deyəndə gözümüzün önündə təbiəti, bərəkəti, gözəlliyi ilə hər kəsi heyran edən abad və yeni bir dünya canlanır.Bu il üçün digər rayon və qəsəbələr, kəndlər olduğu kimi Xocavəndə də köç nəzərdə tutulur".
Onun sözlərinə görə, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını qarış-qarış abadlaşıdrıb əhalimizə qaytarır ki, rahat yaşasınlar:
"O torpaqlar təkcə ərazi bütövlüyümüzü bərpa etmək üçün işğaldan azad edilməyib, eyni zamanda insanlarımızın öz doğma yurdlarına qayıtmasıorada daha rahat yaşamsı, həyatın yenidən başlanması üçün qaytarıb. O bölgələrin hər birində çox ağır bir durum vardı. Ermənilər hər yeri viran qoymuşdular, xarabalığa çevirmişdilər. Azərbaycan dövləti böyük vəsaitlər xərcləyir ki, indi orada həyatı bərpa etsin, insanların yaşaması üçün müasir infrastruktur yaradılsın. O proses böyük uğurla həyata keçirilir. Biz köç olan ərazilərə qayıdan insanların üzündəki sevinci, onların necə xoşbəxt olduqlarını görürürk. Bu, torpağa, yurda olan bağlılıqdır. O bölgələr daha da inkişaf edəcək, bərəkətli torpağı, zəhmətkeş insanları ilə Azərbaycanın iqtisadi inkişafında xüsusi yer tutacaq".
Qeyd edək ki, bu il Xocavəndə ilk köç baş tutacaq.
Əfsanə Kamal
Demokrat.az