AvroLiqada 1/4 finalın ilk oyunları NƏTİCƏLƏR

İDMAN 11 aprel 2025, 08:58
Ötən gecə UEFA Avropa Liqasında 1/4 final mərhələsi başlayıb.

Demokrat.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

"Mançester Yunayted" Fransada "Lion"la heç-heçə edib. "Tottenhem" Londonda "Ayntraxt"la bərabərə qalıb. "Latsio" səfərdə "Budo Qlimt"ə uduzub. "Atletik" isə "Reyncers"lə heç-heçə edib.

1/4 finalın cavab oyunları aprelin 17-də keçiriləcək.

Avropa Liqası, 1/4 final, ilk oyunlar

10 aprel
 
“Budo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) - 2:0

“Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə) - 2:2

“Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) - 1:1

“Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) - 0:0

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top