İran Prezidenti Tehran və Vaşinqton arasında birbaşa olmayan danışıqların normal keçdiyini bildirib.
İki ölkə arasında münasibətlər yumşalırmı?
Bununla bağlı politoloq Turab Rzayev Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, burada bir yumşalma mümkün ola bilər:
“Çünki ümumi görüntü ondan ibarətdir ki, ABŞ hər nə qədər İrana qarşı ritorika sənləndirsə də İrana qarşı birbaşa müharibə başlatmaq istəmir. Bunu Trampın açıqlamalarında da görürük. O dəfəllərlə bildirib ki, əgər İran məqbul davransa, onlar da İrana qarşı yumşala bilərlər. Əks halda çox sərt cəza tətbiq edəcəklər. Bu o deməkdir ki, anlaşma yeri saxlayırlar. İran özü də indiki halda açıq hərbi qarşıdurma istəmir. Bu, əlbəttə ki, indiki halda İran iqtisadiyyatı üçün də ölümcül zərbə olar. İran iqtisadiyyatı təzyiq altındadır. Belə bir dağıdıcı müharibə İranı məhv edə bilər. İran tam əksini istəyir ki, danışıqlar masasına otursun, hansısa bir barışıq əldə etsin”.
Leyla Turan
Demokrat.az