"Atəşkəsin yaxın gələcəkdə nail olunmasına obyektiv şərait yoxdur" — Politoloq

DÜNYA 18 aprel 2025, 17:19
ABŞ Ukraynada atəşkəsin mümkün olub-olmayacağına bir neçə gün ərzində qərar verəcək. Bu barədə ABŞ dövlət katibi Mark Rubio jurnalistlərə açıqlamasında bildirib.

Ukraynada atəşkəs gözlənilə bilərmi? Tramp buna nail olacaqmı?

Bununla bağlı politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Tramp administrasiyası növbəti dəfə səylərini artırıb ki, atəşkəsə nail olunsun:

“Lakin Ukrayna ilə Rusiyanın yanaşmaları və ziddiyyətləri o qədər dərindir ki, onlar hətta atəşkəsin şərtləri istiqamətində razılaşa bilmirlər. Çünki Ukrayna atəşkəsə razıdır, amma ərazilərlə bağlı hər hansısa bir qərar qabul edilməsin. Rusiya tərəfindən işğal olunmuş ərazilərlə bağlı mövqe tələb edir. Bu da qeyri-mümkündür, çünki təkcə Zelenskinin siyasi iradəsindən asılı olan məsələ deyil. Ona görə demək olmaz ki, atəşkəsə yaxındırlar. Hər iki tərəf çalışır ki ABŞ-nı öz tərəfinə çəksin, amma atəşkəsin yaxın gələcəkdə nail olunmasına obyektiv şərait yoxdur, mövcud deyil. Hətta nail olunsa da o tez bir zamanda pozulacaqdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top