Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər

HƏRBİ 11 aprel 2025, 08:22
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər.

Demokrat.az xəbər verir ki, bunu TASS-a Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.

“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər: “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”.

Xatırladaq ki, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

 Bizi Telegramda izləyin
   








 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 20:55
Top