Prezidentlə xanımı Antalyada forumda iştirak ediblər— YENİLƏNİB

XARİCİ SİYASƏT 11 aprel 2025, 17:50

Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

***16:25

Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilir.

Demokrat.az
 xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

***16:00

Türkiyədə IV Antalya Diplomatiya Forumunun (ADF2025) rəsmi açılış mərasimi keçirilir.

Demokrat.az
 xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilib.

4 mindən çox qonağın qatıldığı ADF2025-ə dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıb. Forumda 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir iştirak edir. Tədbirə həmçinin 60-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlərin, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə olunacağı 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

***10:37


Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.

Demokrat.az
 xəbər verir ki,  Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir.

Dörd mindən çox qonağın qatıldığı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edir. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur. (R

***07:15

Dördüncü Antalya Diplomatik Forumu (ADF2025) Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusu ilə açılacaq.


Demokrat.az  xəbər verir ki, forumda 140 ölkədən 450-yə yaxın nümayəndə həm müasir şəraitdə dialoqun qurulması məsələlərini, həm də müxtəlif regionlarda münaqişələrin həlli yollarını müzakirə edəcək. Bu forumun yüksək səviyyəli qonaqlarından biri Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa olacaq. Onun sessiyalarda iştirakı və bir sıra ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Tədbirdə iştirak edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiyanın xarici siyasət rəhbəri Sergey Lavrovla görüşəcək.

Ümumilikdə forumda müxtəlif formatlarda 50-yə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur. Mövzuların çeşidi müxtəlif regionlardakı vəziyyəti əhatə edir: Yaxın Şərqdən Asiya-Sakit okean regionuna, Afrikadan Latın Amerikasına qədər. Qlobal gündəm, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə və humanitar problemlər də diqqət mərkəzində olacaq.

Forum çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək. Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.

İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.

Ankaranın birbaşa xarici siyasət maraqları sferasına daxil olan məsələlərə xüsusi diqqət yetirilməsi planlaşdırılır. Forumda Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza zolağı üzrə təmas qrupunun iclasında iştirakı gözlənilir.

Üçtərəfli məsləhətləşmə mexanizmi çərçivəsində Türkiyə, Bosniya və Herseqovina və Xorvatiya xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə-İraq təhlükəsizlik mexanizmi ilə bağlı yüksək səviyyəli görüş də baş tuta bilər.

Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var.

Forumun işini 50 ölkədən minə yaxın jurnalist işıqlandıracaq. ADF2025, sahilə yaxın yerləşən Belekdəki (Antalyaya yaxın) Nest Konqres Mərkəzində keçiriləcək. Mərkəzə yaxınlaşan yerlərdə və onun ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, sahil mühafizəsi təhlükəsizliyi təmin edir: onun patrul katerləri Belek sahillərində xidmət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top